FİFA yay transfer pəncərəsinin yekunu barədə hesabat dərc edib. FİFA yay transfer pəncərəsinin yekunu barədə hesabat dərc edib.

Transferlərə ümumilikdə 5,44 milyard ödənilib - Futbol tarixində yeni rekord

FİFA yay transfer pəncərəsinin yekunu barədə hesabat dərc edib.

1 iyul - 1 sentyabr tarixində qüvvədə olan transfer dövründə ümumilikdə 8401 transfer həyata keçirilib.

Bu transferlərə ümumilikdə ödənilən 5,44 milyard dollar futbol tarixində yeni rekord olub.

Məlumata görə, müqavilələrin 59,1 faizi azad agent statusundakı, 15,7 faizi başqa kluba məxsus, 13,8 faizi icarəyə götürülən və 11,4 faizi isə icarədən qayıdan futbolçularla imzalanıb.

“Böyük beşlik” adlandırılan İngiltərə, Fransa, Almaniya, İtaliya və İspaniya klubları isə transferlərə 4,21 milyard dollar xərcləyiblər. Bu, ümumi rəqəmin 77,5 faizini təşkil edib.

İngiltərə klubları hamıdan çox vəsait xərcləyib – 1,44 milyard dollar. (trend)

AzNews.az