- Köhnə - İdman
- 15 Sentyabr 2018 11:36
- 7 778
“Qalatasaray” “Kasımpaşa”nı "darmadağın" etdi - Türkiyə Superliqası
Futbol üzrə Türkiyə Superliqasının beşinci turuna dünən - sentyabrın 14-də start verildi.
AzNews.az xəbər verir ki, ilk matçda “Qalatasaray” “Kasımpaşa” klububunu qəbul edib. Gərgin keçən oyunda son çempion bu mövsümdə maksimum xal toplayan rəqib komandanı məğlubiyyətə uğradıb.
Maraqlı mübarizə şəraitində keçən matçın birinci hissəsində hesab açılmasa da, ikinci hissədə ev sahibləri meydan sulayıblar. Hissənin əvvəlində Derdiyok hesabı açıb. Ondan sonra Qeri Rodriges dubl edib. “Kasımpaşa” oyunçuları 11 metrlik cərimə zərbəsi ilə hesab arasındakı fərqi azalda biliblər. Bu qoldan cəmi iki dəqiqə sonra Sərdar Əziz son qolu vurub. Beləliklə, 4:1 hesablı qələbə ilə “Qalatasaray” yenidən turnir cədvəlinin liderliyinə yüksəlib.
Qeyd edək ki, “Kasımpaşa” ilk 4 turda xal itirməyən yeganə komanda kimi turnir cədvəlinin vahid lideri idi. Ötən tur səfərdə “Trabzonspor”a böyükhesabla (0:3) uduzan “Qalatasaray” isə liderliyi əldən vermişdi.
AzNews.az