"Arsenal"ın baş məşqçisinin futbolçulardan tələbi - "İngiliscə danış"

"Qarabağ"ın Avropa Liqasında rəqibi İngiltərə "Arsenal"ının baş məşqçisi Unay Emeri futbolçulardan ingilis dilində danışmağı tələb edir.

AzNews.az "Report"-a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis yalnız oyunçularla təkbətək söhbət zamanı tərcüməçinin xidmətindən istifadə edəcək.

İspan məşqçi hesab edir ki, komanda üzvlərinin ingilis dilində ünsiyyət qurmaları vacibdir.

O, paytardəyişmə otağında kollektivlə yalnız bu dildə danışacaq. U.Emeri artıq məşq zamanı da tərcüməçidən imtina edib. Baş məşqçi ilin sonuna kimi bu dili öyrənməyi planlaşdırır. Onun mətbuat konfranslarında hələ ki tərcüməçidən istifadə olunur.

Qeyd edək ki, "Qarabağ"ın İngiltərə klubu ilə ilk matçı oktyabrın 4-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Londondakı qarşılaşma isə dekabrın 13-də olacaq.

AzNews.az