Qırğızıstanda rus dilində çap edilən “Veçerniy Bişkek” qəzetində bu ölkədə keçirilən üçüncü Dünya Köçəri Oyunlarında Azərbaycan idmançılarının iştirakı ilə bağlı “Xalqları birləşdirən tellər” sərlövhəli məqalə dərc olunub. Qırğızıstanda rus dilində çap edilən “Veçerniy Bişkek” qəzetində bu ölkədə keçirilən üçüncü Dünya Köçəri Oyunlarında Azərbaycan idmançılarının iştirakı ilə bağlı “Xalqları birləşdirən tellər” sərlövhəli məqalə dərc olunub.

Qırğızıstan qəzeti Azərbaycan idmançılarından yazdı

Qırğızıstanda rus dilində çap edilən “Veçerniy Bişkek” qəzetində bu ölkədə keçirilən üçüncü Dünya Köçəri Oyunlarında Azərbaycan idmançılarının iştirakı ilə bağlı “Xalqları birləşdirən tellər” sərlövhəli məqalə dərc olunub.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Azərbaycanın Oyunlarda gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi böyük nümayəndə heyəti ilə təmsil olunduğu bildirilir. Qeyd edilir ki, Azərbaycan yarışlarda 15 medal - 1 qızıl, 6 gümüş, 8 bürünc medal qazanıb.

Yazıda, həmçinin qeyd edilir ki, Dünya Köçəri Oyunları çərçivəsində keçirilən Beynəlxalq Etnomədəniyyət Festivalında Azərbaycanı Mədəniyyət Nazirliyinin dəstəyi ilə modelyer-dizayner Gülnarə Xəlilova, Xalq artisti Samir Cəfərov, Əməkdar artist Afaq Abbasova və gənc xanəndə Səbinə Ərəbli təmsil edib.

Məqalədə vurğulanır ki, Azərbaycan Milli Məclisin deputatı Hikmət Babaoğlu, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev Köçəri Oyunlarında qonaq kimi iştirak ediblər.

AzNews.az