Texniki çətinliklər ucbatından Yaponiya hökuməti 2020-ci ildə Tokioda keçiriləcək Olimpiada ərəfəsində yay vaxtına keçməkdən imtina edib. Texniki çətinliklər ucbatından Yaponiya hökuməti 2020-ci ildə Tokioda keçiriləcək Olimpiada ərəfəsində yay vaxtına keçməkdən imtina edib.

Yaponiya bu qərara “yox” dedi

Texniki çətinliklər ucbatından Yaponiya hökuməti 2020-ci ildə Tokioda keçiriləcək Olimpiada ərəfəsində yay vaxtına keçməkdən imtina edib.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Asashi” qəzeti Olimpiya Oyunlarının Təşkilat Komitəsinə istinadla məlumat yayıb.

Təşkilat Komitəsi bildirib ki, Olimpiada ərəfəsində saatların əqrəbini bir-iki saat əvvələ çəkmək idmançıları və tamaşaçıları gündüzün istisindən qorumaq baxımından yaxşı olardı. Lakin bu planın təfsilatı ilə araşdırılması göstərib ki, 2020-ci ildə Yaponiyada bütün sistemləri səmərəli şəkildə yeni vaxta keçirmək texniki cəhətdən çətindir. İctimaiyyətin bir hissəsi də bu addımın əhalinin sağlamlığı üçün arzuolunmaz nəticələr doğuracağı qənaətindədir.

Bununla yanaşı, ölkənin hakim Liberal-Demokrat Partiyasının nəzdində yaradılmış xüsusi komitə yay vaxtının tətbiq edilməsi məsələsini araşdırmaqda israrlıdır. Xüsusən, cari maliyyə ilində komitə bu məsələyə dair aralıq hesabatı hazırlamalıdır.

Yaponiyada ötən əsrdə də yay vaxtına keçməklə bağlı məsələ müzakirəyə çıxarılıb, lakin iqtisadiyyatda və əhalinin sosial həyatında qarışıqlıq yaranacağı ehtimalı nəzərə alınaraq, bu islahatdan imtina edilib.

Digər tərəfdən, bu yay ölkənin bütün ərazisində, o cümlədən paytaxt Tokioda anomal istilər qeydə alınıb – havanın temperaturu 41 dərəcəyədək artıb. May ayından bəri bütün Yaponiya üzrə istilərin təsirindən 70 min nəfər xəstəxanaya çatdırılıb, onlarla insan vəfat edib.

AzNews.az