Azərbaycanın qadınlardan ibarət milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti oyununu keçirib. Azərbaycanın qadınlardan ibarət milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti oyununu keçirib.

Qadın şahmatçılarımız da qələbə qazandılar

Azərbaycanın qadınlardan ibarət milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti oyununu keçirib.

AzNews.az "Report"a istinadən xəbər verir ki, yığma V turda Yunanıstan kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının qələbəsi ilə başa çatıb - 1:3.

Xanım Balacayeva və Ülviyyə Fətəliyeva rəqiblərini məğlub edib. Gülnar Məmmədova və Zeynəb Məmmədyarova isə görüşlərini heç-heçə ilə başa vurub.

Bu nəticədən sonra qadınlardan ibarət Azərbaycan milli komandası 43-cü Ümumdünya Şahmat Olimpiadasında 8-ci xalını qazanıb.

Yunanıstan - Azərbaycan - 1:3

Anna-Mariya Botsari - Zeynəb Məmmədyarova - 0,5:0,5

Stavrula Tsolakidu - Xanım Balacayeva - 0:1

Anastasiya Avramidu - Gülnar Məmmədova - 0,5:0,5

Haritomeni Markantonaki - Ülviyyə Fətəliyeva - 0:1

Balacayeva və Fətəliyeva ağ, Məmmədyarova və Məmmədov qara fiqurlarla çıxış edib.

AzNews.az