- Köhnə - İdman
- 29 Sentyabr 2018 00:00
- 5 678
“Qalatasaray” autsayderi belə məğlub etdi - Video
Türkiyə Super Liqasında 7-ci turun oyunlarına start verilib.
Turun açılış matçında “Qalatasaray” öz meydanında son pillədə yer alan “Ərzurumspor”u qəbul edib.
“Sarı-qırmızılılar” ilk hissədə autsayderin müqavimətini qırmaqda çətinlik çəkib və yalnız 74-cü dəqiqədə istəyinə nail ola bilib. Maykonun vurduğu qol “Qalatasaray”a 1:0 hesablı qələbə qazandırıb.
“Cimbom” bu qələbə sayəsində müvəqqəti də olsa yenidən liderliyə yüksəlib.
Qeyd edək ki, turun digər oyunları qarşıdakı 3 gün ərzində baş tutacaq və “Qalatasaray” liderlikdə qalmaq üçün yaxın izləyicilərinin xal itirməsini gözləyəcək.(qafqazinfo.az)
AzNews.az