La Liqada lider olmasına baxmayaraq, keçirdiyi son iki oyunda özünə bənzəməyən “Barselona”nın (“Jirona” ilə heç-heçə, “Leqanes”ə məğlubiyyət) uğursuz çıxışının səbəbi çoxunu düşündürür. La Liqada lider olmasına baxmayaraq, keçirdiyi son iki oyunda özünə bənzəməyən “Barselona”nın (“Jirona” ilə heç-heçə, “Leqanes”ə məğlubiyyət) uğursuz çıxışının səbəbi çoxunu düşündürür.

“Barselona” böhrandadır - 10 SƏBƏB

La Liqada lider olmasına baxmayaraq, keçirdiyi son iki oyunda özünə bənzəməyən “Barselona”nın (“Jirona” ilə heç-heçə, “Leqanes”ə məğlubiyyət) uğursuz çıxışının səbəbi çoxunu düşündürür.

Komanda.az İspaniya mətbuatına istinadən Kataloniya klubunun uğursuz çıxışının 10 səbəbini təqdim edir:

10. “Barselona”nın heyəti kağız üzərində geniş görünsə də, klubun öz yetirmələri oyunda fərq yarada bilmirlər.

9. Katalonların uruqvaylı hücumçusu Luiz Suares mövsümün əvvəlində potensialına şübhə edənləri təəccübləndirməyi bacarsa da, hazırkı oyunu komanda üçün yetərli deyil. Dünyanın ən yaxşılarından olan hücumçu vurduğu qollarla daha çox fərq yaratmağı bacarmalıdır.

8. “Barselona”nın əsas ümidi olan Lionel Messi keçən mövsümlərdəki kimi adından söz etdirə bilmir. Argentinalı hücumçu ev oyunlarında yaxşı olsa da, rəqib meydanlarında “səssiz” olur.

7. Yay transfer pəncərəsi dövründə heyətə cəlb olunan futbolçulardan heç biri istənilən nəticəni göstərə bilmədi. Kleman Lanqle qırmızı vərəqə aldı, Arturo Vidal elə də şans qazanmır, Malkom isə hələ də zədənin təsiri altındadır.

6. Andre Ter Şteqenin “performans”ında eniş hiss olunur. Almaniyalı qapıçının oyunu keçən mövsümlərlə müqayisədə xeyli geriləyib.

5. Ernesto Valverdenin komandanın “sükanı arxasına” keçdikdən sonra güclü müdafiə xətti yaratmaq planı hələ ki, gerçəkləşmir. Samuel Umtiti və Jerar Pikenin müdafiədəki səhvləri, heç kimin onlara kömək etməməsi, mövsümün əvvəlində komandanın 7 qol buraxmasına səbəb olub.

4. “Barselona” bu mövsüm oynadığı 8 oyunun 5-də hesabda geri düşüb. “Sevilya”, “Real Sosyedad”, “Jirona”, “Leqanes” və “Hueska” oyunun bir hissəsində üstünlüyü ələ keçiriblər.

3. İndiyə qədər klubdakı vəziyyətdən məmnun olmadığını bildirən yeganə futbolçu Serxio Buskets olub. Digər futbolçular isə nəinki səssiz qalıblar, hətta Busketsin açıqlamalarından narahat olduqları hiss olunub. Valverde də bu vəziyyəti izah edə bilmədiyini deyib.

2. “Barselona” hər zaman olduğu kimi, topu özündə saxlayaraq oynayarkən, futbolçular məsuliyyəti üzərlərinə götürmürlər. Risk edən futbolçular (Messi, Suares, Koutinyo, Dembele) meydanda olduğu zaman isə topun geri qazanılması çətinləşir.

1. “Leqanes”lə oyunda (1:2) problemlər sol cinahdan qaynaqlanırdı. Jordi Albanın iştirak etmədiyi oyunlarda son cinahda futbolçu çatışmazlığı hiss olunur. Transfer dövründə bu mövqeyə futbolçu cəlb olunmamasının problemlər yaradacağı dəqiqdir.