“Bir neçə aylıq böhrandan sonra boşanmaq qərarına gəldik” “Bir neçə aylıq böhrandan sonra boşanmaq qərarına gəldik”

Tanınmış futbolçu boşanır

“Bir neçə aylıq böhrandan sonra boşanmaq qərarına gəldik”



İtaliya çempionatında ikinci yeri vaxtından əvvəl təmin edən "Napoli" klubunun uruqvaylı lideri Edinson Kavani arvadından boşanır. Artıq bir müddətdir mətbuatda dünyanın ən tanınmış futbolçularından birinin mümkün boşanması ilə bağlı şayiələr müzakirə olunur. Lakin Edinson Kavani onları məhz indi şərh edib.

"Biz boşanma prosedurlarına hələ fevralın əvvəllərində başlamışdıq və apreldə davam etdirmişik. Bir neçə aylıq böhrandan sonra boşanmaq qərarına gəldik. Mariya övladını dünyaya gətirmək üçün Soledad Cənubi Amerikaya qayıdıb. Mən isə işimlə əlaqədar Neapolda qalmalı oldum", - futbolçu Uruqvayın "Gkspektador" qəzetinə deyib.

"Qarşılıqlı anlaşmaya əsasən, qərara almışıq ki, oğlumuz Lukas Uruqvayda dünyaya gəlməlidir", - hücumçu bildirib. (anspress)

AzNews.az