- Köhnə - İdman
- 19 İyul 2013 14:02
- 4 144
Azərbaycan boksçuları Ukraynada 4 medal qazandılar

AzNews.az Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, "İliçevets" İdman Sarayında keçirilən yarışda Azərbaycan idmançıları da mübarizə aparıblar. Komandamz Ukraynadan 1 gümüş və 3 bürünc medalla dönüb.
64 kq çəki dərəcəsində mübarizə aparan Kamran Baxşəliyev finala kimi irəliləsə də, həlledici döyüşdə yerli idmançı Aleksandr Qreçixə uduzaraq 2-ci yerə layiq görülüb. Əbdürrəhman Şirinov (52 kq), Fərid Ağamoğlanov (56 kq) və Ariz İbrahimov (60 kq) bürünc medalla kifayətləniblər.
AzNews.az