Ronaldonun 7,5 milyon dollarlıq sərvəti

Real Madridin ulduzu Kriştiano Ronaldonun qarajında 7,5 milyon dollarlıq sərvət var. ANS PRESS xarici mətbuata istinadən xəbər verir ki, bahalı avtomobillərə qarşı xüsusi marağı olan oyunçu qarajında 14 ədəd bahalı avtomobil saxlayır.

O sonuncu dəfə 500 min dollar ödəyərək dünyanın ən sürətli avtomobili sayılan "Koenigsegg CCX" alıb.

Ronaldonun bir-birindən bahalı avtomobillərinin siyahısını təqdim edirik:


"Bugatti Veyron"- 3 milyon avro

"Ferrari 599 GTO"- 600 min avro

"Ferrari F430"- 450 min avro

"Bentley Continental GTC"- 450 minavro

"Koenigsegg CCX"- 400 min avro
"Aston Martin DB9"- 400 min avro

"Rolls Royce PD Coupe"- 355 min avro

"Audi R8"- 350 min avro

"Ferrari 599 GTB"- 300 min avro

"Maserati GranCabrio" 250 min avro

"Audi RS6"- 250 min dollar

"Audi Q7"- 200 min avro

"Mercedes C220 CDI" - 150 min avro

"Porsche Cayenne Turbo"- 85 min avro

AzNews.az