İsrail-Azərbaycan matçının vaxtı yenə dəyişdirildi

İsrail və Azərbaycanın futbol üzrə milli komandaları arasında keçiriləcək 2014-cü il dünya çempionatının seçmə qrup matçının başlama vaxtında yenidən dəyişiklik edilib.

Lent.az-ın məlumatına görə, bu dəfə start fitinin çalınma saatına əl gəzdirilib.

Daha öncə oyun sentyabrın 6-dan 7-ə ertələnib. İsrail tərəfi həmin gün milli bayramlarının olmasını səbəb göstərib. İndi isə qarşılaşmanın başlama saatı teleyayımla əlaqədar dəyişdirilib. Ramat Gan şəhərində keçiriləcək qarşılaşma, əvvəlcə xəbər verildiyi kimi, Bakı vaxtı ilə saat 23:00-da deyil, saat 22:45-də başlayacaq.

AzNews.az