“Xəzər Lənkəran“ doğma meydanda məğlub oldu

Bu gün Azərbaycan Premyer Liqasında VIII tura start verilib. ANS PRESS-in məlumatına görə, turun açılış matçında "Xəzər Lənkəran" və "İnter" komandaları üz-üzə gəlib.

Lənkəranda keçirilən qarşılaşmada qonaq komanda qələbəyə sevinib- 0:1. Bu qələbə ilə "Bankirlər" çempionatda ikinci qələbəsini qazanaraq, turnir cədvəlinin aşağı pilləsindən qurtula bilib.

"Xəzər Lənkəran"ın doğma meydanda uduzmağı bir qədər gözlənilməz olub. Ardıcıl iki qələbədən sonra, doğma meydanda məğlub olmaq "Xəzər Lənkəran"ın 10 illiyində qarşısına qoyduğu hədəflərin üstündən xətt çəkə bilər.

Qeyd edək ki, turun digər qarşılaşmaları şənbə və bazar günləri keçiriləcək.

Topaz Premyer Liqası
VIII tur

27 sentyabr
"Xəzər Lənkəran" – "İnter" - 0:1
QOL: Matija Spiçiç, 10


AzNews.az