İdman dırmanması üzrə turnir uğurla başa çatdı

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı ilə "Climbaku" İdman Dırmanması Mərkəzində mərhum Azərbaycan dağçısı Akif Rüstəmovun əziz xatirəsinə həsr olunmuş idman dırmanması turniri uğurla başa çatıb.

Federasiyadan verilən məlumata görə, FAIREX tərəfindən artıq ənənəvi hal almış və bu gün də bu ənənənin davam etdirildiyi yarışlarda qalib gəlmiş idmançılar diplom və sertifikatlarla mükafatlandırılıblar.

Dağ idmançısı A.Rüstəmovun xatirəsinə həsr olunmuş idman dırmanması üzrə turnir ilk dəfə 2010-cu ildə FAIREX tərəfindən təşkil edilib. Belə yarışlar bundan sonra da davam etdiriləcək.

Builki turnirin qalibləri aşağıdakı şəxslər olub:

Boulderinq mərhələsi üzrə (oğlanlar arasında)
1. Çingiz Tağızadə ("Ekosport")
2. Babək İbadov ("Ekosport")
3. Yamil Siraclı ("Şəki AMA")

Boulderinq mərhələsi üzrə (qızlar arasında)
1. Aysel Sultanova ("Ekosport")
2. Sima Səfərova ("Qərb Universiteti")
3. Qaşqay Gülər ("Rockstone")

Sürət mərhələsi üzrə (oğlanlar arasında)
1. Çingiz Tağızadə ("Ekosport")
2. Zöhrab Şahbalayev ("İrəli ekstrim")
3. Babək İbadov ("Ekosport")

Sürət mərhələsi üzrə (qızlar arasında)
1. Diana Xanina ("Blackstone")
2. Aysel Sultanova ("Ekosport")
3. Təranə Aslanova ("Climbclub")

AzNews.az