- Köhnə - İdman
- 9 Sentyabr 2014 18:04
- 3 634
Güləşçimiz dünya çempionu oldu

"Qafqazinfo"nun məlumatına görə, çempionatın ikinci günündə 61, 65, 74 və 97 kq çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparıblar.
61 kq çəki dərəcəsində son Avropa çempionu Hacı Əliyev mübarizəyə 1/16 finaldan qoşulub. Ukraynadan Vasil Şuptar, Polşadan Kristof Bienkovski və Moldovadan Andrey Perpelita üzərində inamlı qələbələr qazanan güləşçimiz yarımfinala yüksəlib. Yarımfinalda güclü Kuba güləşçisi ilə gərgin keçən görüşü də öz xeyrinə başa vuran H.Əliyev dünya çempionatının finalına vəsiqə qazanıb. Həlledici görüşdə onun rəqibi İran güləşçisi olub. Təmsilçimiz final görüşünü 12:7 hesablı qələbə ilə başa vurub.
97 kq çəki dərəcəsində Olimpiya Oyunlarının ikiqat bürünc mükafatçısı, dünya və üçqat Avropa çempionu Xetaq Qazyumov inamla güləşib və finala yüksəlib. Finala qədər Moldovadan Nikolay Çeban, Gürcüstandan Elizbar Odikadze, Monqolustandan Xuderbulqa Dorjxand, yarımfinalda isə London Olimpiadasının gümüş mükafatçısı Ukrayna güləşçisi Valeri Andreetsevi mübarizədən kənarlaşdırıb. İkiqat dünya çempionu olmaq üçün güləşçimiz Rusiya təmsilçisi Abdusalam Qadisovla final görüşünə çıxacaq.
AzNews.az