- Köhnə - İdman
- 10 Sentyabr 2014 15:03
- 1 554
“Yuventus”da ciddi itki

“Yuventus”un yarımmüdafiəçisi Arturo Vidal ən az 3 həftə futbol oynaya bilməyəcək.
"Qafqazinfo" xəbər verir ki, "Yuventus"un futbolçusu ciddi zədə alıb və uzun müddət yaşıl meydançalardan kənarda qalacaq. Vidal zədə ucbatından "A seriya"sında "Udineze", "Milan", "Çezena" və "Atalanta"ya qarşı keçiriləcək matçları buraxacaq. Çilili futbolçu, həmçinin Çempionlar Liqasında "Yuventus"un "Malmö"yə qarşı keçirəcəyi qrup matçında da komandasına yardım edə bilməyəcək.
AzNews.az