- Köhnə - İdman
- 29 Sentyabr 2014 15:41
- 5 102
“İnter“ - “Qarabağ“ matçının hakimləri bəlli oldu - VİDEO

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin II turunda oktyabrın 2-də Milan şəhərində keçiriləcək "İnter" - "Qarabağ" matçının hakimləri müəyyənləşib.
AzNews.az xəbər verir ki, AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşü Belarusdan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Aleksey Kulbakov olacaq. Ona Dmitri Juk və Andrey Hetsikau köməklik edəcəklər. Aleh Maslianka dördüncü, Siarhei Tsinkeviç və Dzianis Şarbakou isə əlavə hakim funksiyasını yerinə yetirəcəklər.
Qeyd edək ki, "Cüzeppe Meazza" stadionunda keçiriləcək "İnter" - "Qarabağ" oyunu Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.
Bu arada "Qarabağ" futbolçularının İtaliyaya yola düşmə kadrları yayılıb.