Mahir Şükürov millidən ayrılır

Mahir Şükürov milli komandadan 1 günlük ayrılacaq. AFFA-nın rəsmi saytında verilən məlumata görə, Azərbaycan milli komandasının təlim-məşq toplanışına dəvət olunmuş Mahir Şükürov Topaz Premyer Liqasının VIII turu çərçivəsində bu gün keçiriləcək "Neftçi" - "Turan" oyununda iştirak etmək üçün millinin heyətindən 1 günlük ayrılacaq. Şükürov oktyabrın 9-da millinin düşərgəsinə qayıdacaq.

AzNews.az