- Köhnə - İdman
- 5 Aprel 2015 14:28
- 3 303
“Fənərbağça“dan şok bəyanat: “Türkiyədə futbolun sonu gəlib”
"Fənərbaxça" futbol klubu Türkiyə superliqasının 26-cı turunda "Rizespor"la görüşdən (5:1) sonra komandanın üzvlərini İstanbula qaytaran avtobusa Trabzon yolunda edilmiş silahlı basqınla bağlı bəyanat yayıb.
AzNews.az xəbər verir ki, bəyanatda İstanbul klubu hadisəni pisləməklə yanaşı liqa oyunlarının bir müddətlik təxirə salınmasını tələb edib:
"Bu, ört-basdır ediləcək adi azarkeş basqını deyil. "Fənərbaxça"ya edilmiş silahlı hücum və sui-qəsdə cəhddir. Bizə qarşı olan düşmənçiliyin son həddidir. Artıq Türkiyədə futbolun sonu gəlib, qan tökülüb. Bu hərəkəti edən və ya etdirənlərin tez bir zamanda tapılaraq cəzalandırılması bizim üçün önəmlidir. Baş verənlərin təfərrüatları bəlli olana kimi superliqanın oyunları təxirə salınmalıdır".
Qeyd edək ki, baş verənlərdən sonra avtobusun sürücüsü yaralanıb və xəstəxanaya yerləşdirilib.