- Köhnə - İdman
- 26 Aprel 2015 22:15
- 3 117
Dünya çempionu Şəmkirdə birinci oldu
AzNews.az trend-ə istinadən xəbər verir ki, yekun turda Maqnus Karlsen ağ fiqurlarla Azərbaycan qrossmeysteri Rauf Məmmədovu məğlubiyyətə uğradıb. Oyun norveçli şahmatçının 35-ci gedişindən sonra başa çatıb.
İki dəfə Vüqar Həşimov Memorialının qalibi olmuş qrossmeyster 9 mümkün xaldan 7 xal toplayıb. Günün digər oyununda italyan Fabiano Karuana və Hindistan şahmatçısı Vişvanatan Anand heç-heçə oynayıblar.
Beləliklə V.Anand 6 xal ilə ikinci yeri tutub.
Üçüncü yeri Fabiano Karuana, yaxud hazırda fransız Maksim Vaşye-Laqravla görüşü davam edən amerikalı şahmatçı Uesli So tuta bilər.