“Olimpiya İdman Mərkəzində kikboksinq bölməsinin fəaliyyəti dayandırılmayıb” “Olimpiya İdman Mərkəzində kikboksinq bölməsinin fəaliyyəti dayandırılmayıb”

Polkovnikdən açıqlama gəldi

“Olimpiya İdman Mərkəzində kikboksinq bölməsinin fəaliyyəti dayandırılmayıb”



"Sərhədçi" Olimpiya İdman Mərkəzində kikboksinq bölməsinin bağlanması ilə bağlı məsələyə nəhayət ki, mərkəzin direktoru Rövşən Kərimov münasibət bildirib.

Direktor "Sərhədçi" Olimpiya İdman Mərkəzində kikboksinq növü üzrə bölmənin fəaliyyətinin dayandırılmadığını, ancaq bu bölmədə iki məşqçidən birinin işi davam etdirəcəyini deyib.

Mərkəz rəhbərliyinin belə bir qərar verməsinə səbəb isə bölmənin məşq zalının peşəkar boks seriyasının yığma komandasına verilməsidir: "Komanda üzvləri noyabr-may ayları ərzində burada məşğul olacaqlar. Noyabrın 1-ə qədər isə iki məşqçi də fəaliyyətini davam etdirəcək".

Noyabrın 1-dən isə məşqçilərdən birinin fəaliyyətini dayandıracağını deyən R.Kərimov seçim zamanı daha çox idman dərəcəsi olan məşqçiyə üstünlük verildiyini vurğulayıb: "Kikboksinqə ögey münasibət göstərməyim mümkün deyil. Mən bu gün gecə saat 3-də Türkiyədən yarışdan qayıdan kikboksinq üzrə Azərbaycan yığma komandasının üzvlərini qarşılayanların arasında olmuşam. Bu mərkəzdə də kikboksinq bölməsi mənim təşəbbüsümlə yaradılıb. Burada kikboksinq üzrə açıq çempionatlar yüksək səviyyədə keçirilib və federasiya həmişə bunu alqışlayıb".

Olimpiya idman növü olan boksa daha böyük zal ayırmağın anlaşılmazlığa səbəb olduğunu deyən mərkəz rəhbəri "Olimpiya və qeyri-olimpiya idman növləri arasında fərq qoymuruq. Sadəcə boksa kiçik, kikboksinqə isə böyük zala ayırmağımız düzgün olmazdı. Biz təbii ki, bütün idman növlərinə məşq üçün böyük zalların ayrılmasını istərdik, amma imkanımız bu qədərdir" deyə qeyd edib.

Elnarə Əlosmanqızı
AzNews.az