- Köhnə - İdman
- 21 Oktyabr 2012 10:00
- 3 267
Elvin Məmmədov: “Penaltini verməmək də olardı”
"Qarabağ"la keçirilmiş dünənki matçın ən fəallarından olan yarımmüdafiəçinin sözlərinə görə, rəqibin uzun müddətdən bəri formalaşmış heyəti olduğundan, onlarla açıq mubarizə heç də asas deyil.
Futbolçu, həmçinin 78-ci dəqiqədə "Bakı"nın qapısına təyin edilən 11-metrlik cərimə zərbəsinə də münasibət bildirdi:"Həmin məqamda baş hakim Əliyar Ağayevin fiti susa da bilərdi. Hakimin işinə qarışmaq düzgün çıxmaz.
Amma həmin anda o, penalti verməyə də bilərdi. Hadisəyə yaxın olduğum üçün baş verənləri müşahidə edə bildim. Fəqrli qərar ola bilərdi".
Qeyd edək ki, Topaz Premyer Liqasının IX turunda keçirilmiş "Qarabağ" - "Bakı" matçında heç-heçə – 1:1 qeydə alınıb.
Kamran Hacı
AzNews.az