Rövnәq Abdullayev - “Komandamız yaxşı oynadı”

Xəbər verdiyimiz kimi, bu gün Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Xorvatiyaya qarşı oynadı.


Komandamız rəqiblə oyunu 0:0 hesabı ilə başa vurmağı bacararaq oyundan 1 xalla ayrılıb. Matçdan sonra AFFA prezidenti Rövnәq Abdullayev jurnalistlərin suallarını cavablandırıb. O, millinin oyununu yüksək qiymətləndirib:

"Komandamız yaxşı oynadı. Onları tәbrik edirәm. Avropanın 5-6 әn yaxşı komandasından birinә qarşı belә oynamaq yaxşı haldır. Xorvatlar bura çox arxayın gәlmişdilәr. Amma biz onlara layiqli müqavimәt göstәrdik. Demәk olar ki, "6:0"ın әvәzini çıxdıq".

Abdullayev "Cüdo Federasiyasının prezidenti olacağınızla bağlı gәzәn xәbәrlәr nә dәrәcәdә doğrudur?" sualına belә cavab verib:

"Baxarıq, görәrik necә olacaq..."

Xatırladaq ki, son günlər mediada Azərbaycan Cüdo Federasiyandan şikayətlər yer almaqdadır. İdmançılar cüdo idman növündəki uğursuzluqları məhz hazırki federasiya prezidenti Füzuli Ələkbərovun işindəki nöqsanlarda görürlər.