Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun dörddəbir finalında azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun rəqibi rusiyalı Sergey Karyakin olacaq. Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun dörddəbir finalında azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun rəqibi rusiyalı Sergey Karyakin olacaq.

Məmmədyarovun rəqibi məlum oldu

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun dörddəbir finalında azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun rəqibi rusiyalı Sergey Karyakin olacaq.


AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 1/8 finalın tay-breykində Sergey Karyakin həmyerlisi Dmitri Andreykindən güclü olaraq, birinci partiyada qalib gəlib, ikincini isə heç-heçə başa vurub.

FIDE Dünya Kubokunun dördüncü dairəsinin digər tay-breyklərində ukraynalı Pavel Elyanov rusiyalı Dmitri Yakovenkoya, hollandiyalı Aniş Qiri polyak Radoslav Voytaşekə qalib gəliblər və nəticədə 1/4 finala çıxıblar. Təkcə çinli Din Lijen və Vey İ arasında görüşün qalibi müəyyən edilməyib. Beləliklə, Çin qrossmeysterləri blits oynamalıdırlar.

Turnir nokaut sistemi üzrə keçirilir. Hər qarşılaşma həlledici istisna olmaqla, iki klassik partiyadan ibarətdir. Heç-heçə olan halda şahmatçılar tay-breyk oynayırlar.

Azərbaycanın paytaxtına 128 qrossmeyster gəlib. Onlardan 22-si cari dünya reytinqinə əsasən 25 ən güclü oyunçu sırasındadır. Turnirdə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen və şahmat tacı uğrunda son matçda onun rəqibi olan hindistanlı Vişvanatan Anand iştirak etmirlər.