2 şahmatçımız «Top-10»da

FİDE yeni reytinq cədvəlini açıqlayıb. AzNews.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının "ilk onluğu"nda 2 qrossmeysterimiz yer alıb. Milli komandamızın lideri Teymur Rəcəbov (2793) 4-cü pillədə yerini qoruyub.

Son zamanlar uğurlu çıxış edən Şəhriyar Məmmədyarov (2764) bunun bəhrəsini görüb. "Şah" uzun aradan sonra "Top-10"a qayıdıb.

Səhhəti ilə bağlı beynəlxalq turnirlərə qatılmayan Vüqar Həşimov (2737) geriləyərək, 20-ci mövqeyə enib. Reytinqə əvvəlki tək norveçli Maqnus Karlsen (2848) başçılıq edir.

AzNews.az