Azərbaycana qarşı bugünkü hərbi həmlələr həmin dövlətlərin məhv olmasına gətirib çıxaracaq Azərbaycana qarşı bugünkü hərbi həmlələr həmin dövlətlərin məhv olmasına gətirib çıxaracaq

İran təyyarələrinin sərhəddə uçması bizə qarşı müharibənin anonsu idi - Cahandar Bayoğlu

Azərbaycana qarşı bugünkü hərbi həmlələr həmin dövlətlərin məhv olmasına gətirib çıxaracaq

11 martda İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub.

Bununla bağlı İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.

AzNews.az analitik-informasiya portalının mövzu ilə bağlı suallarını "Turan" Partiyasının başqanı Cahandar Bayoğlu cavablandırır:

- Cənab Bayoğlu, İran sərhədboyu uçuş həyata keçirməklə nə mesajı verməyə çalışır?

- İran adlı fars faşist çətəsi başda molla axund Xamneyi olmaqla bütün qurum və quruluşları ilə Azərbaycan dövlətinə qarşı açıq düşmənçiliyin yeni bir mərhələsini yaşayırlar. Biz öncədən də bildirmişdik ki, fars, erməni, fransız faşizmi qlobal türk düşmənləri ilə birlikdə Xankəndidə məskunlaşmaqla Zəngəzura yerləşdirdiyi birliklərlə hərbi həmləyə keçəcək və Azərbaycanla müharibə halında olması qaçılmazdır. Bu gün fars faşizminin hərbi təyyarələrinin sərhəd boyu uçması Azərbaycana bir mesaj kimi dəyərləndirilməlidir. Biz bir dövlət olaraq bu mesajı artıq almışıq. Mesaj hər gün alınırdı, amma bu dəfə bizə qarşı olacaq müharibənin anonsunun verildiyini ciddiyətlə qəbul etməliyik. Bütün gücümüzlə fars faşizminin bu hərbi həmləsinə qarşı dirənişə keçməliyik.

- Növbəti belə təxribat baş tutarsa, hansı tədbirlər görüləcək?

- Fars rejiminin növbəti həmlələri durmadan davam edəcək. Azərbaycan tərəfi artıq izləyici mövqedən çıxış etməməlidir. Azərbaycan sərhədləri pozulan halda havadan, qurudan, dənizdən fars faşizminin bütün həmlələri darmadağın edilib yerində oturdulmalıdır.

- Bəzi sosial şəbəkə hesablarında 2001-ci ilin iyulunda İranın Azərbaycanın hava sərhədini pozmasından sonra 24 avqustda Bakı səmasında İrana göz dağı verən türk jetləri paylaşılır və bir növ tarixi xatırlatma edilir. 22 il sonra buna yenidən cəhd olarsa, türk jetlərini yenə Azərbaycan səmasında görə bilərikmi?

- Azərbaycanı artıq 2001-ci illə müqayisə etmək doğru deyil. Çünki Azərbaycanın geosiyasi gücü, müstəqil iradəsi 2001-ci ildəkindən olduqca üstün vəziyyətdədir. Biz Qarabağ müharibəsindən qalib bir müzəffər ordunun, dövlətin adından danışırıq. Bu dövlət 2001-ci il ilə müqayisə edilə bilməz. Eyni zamanda 2001-ci il və indiki Türkiyə-Azərbaycan əlaqələri tamamilə fərqlidir. Artıq bizimlə Türkiyə arasında ortaq hərbi doktrin, Şuşa bəyannaməsi var. Azərbaycan dövlətinə olacaq hərhansı bir hücum Türkiyə dövlətinə olan bir hərbi hücum kimi dəyərləndirilir. Bu baxımdan hesab etməliyik ki, Azərbaycanın sərhədi pozularsa, anında Türkiyə müdaxilə edəcək. Bunun üçün artıq türk jetlərinin Bakı şəhərində uçmasına ehtiyac yoxdur. Türk təyyarələri, hərbi gücləri sərhəd bölgələrimizdə olacaq. Düşmənlə bizimlə bir yerdə döyüşəcək. Bu quruda da belədir, havada da, dənizdə də. Bu baxımdan bu gün özümüzü 10 milyonluq deyil, artıq 150 milyonluq bir gücün övladları kimi düşünməliyik. Daha fərqli bir düşüncə ilə hadisələrə yaxınlaşmalıyıq. Artıq Azərbaycanın qarşısında nə fars, nə erməni, nə fransız, nə də qlobal güclərinin dayanması mümkün deyil. Biz bunların hamısına hər an qalib gəlməyə hazırıq. Yetər ki, onlar bizə qarşı hərhansı həmlə etsinlər. Bugünkü Azərbaycana qarşı hərbi həmlələr həmin dövlətlərin məhv olmasına gətirib çıxaracaq. Bu da bizim yox, onların problemi olacaq.

Rəşid QARAYEV