Avropada “markafilm.ch” adlı saxta bir studiya yaratması onun avantürasının bir parçasıdır. Avropada “markafilm.ch” adlı saxta bir studiya yaratması onun avantürasının bir parçasıdır.

Dördbucaqlı iftira və ya “mühacir” hoqqası

Avropada “markafilm.ch” adlı saxta bir studiya yaratması onun avantürasının bir parçasıdır.

Son illər Avropaya “mühacir” statusu almaq üçün baş vuranların sayı xeyli dərəcədə artıb. Araşdırmalarımız zamanı bəlli oldu iki, “mühacir” olmaq istəyənlərin çoxu macəra həyatı yaşayan, iş görmədən müftə həyat tərzi seçən, antimilli qrant layihələrində yer alanlardır. Onları mənsub olduğu xalqın və dövlətin taleyi heç bir zaman ilgiləndirməyib. Hətta “demokratiya” və “vətəndaş cəmiyyəti” adı ilə Azərbaycanın bir dövlət olaraq param-parça olmasını hədəfləyən bir sıra layihələrin iştirakçısına çevrilirlər. Təki, parazitcəsinə həyat tərzinin standartları içində “məsti-xumar” olsunlar. Belələrindən biri də İsveçrənin Bern şəhərində “mühacir” statusu ilə lövbər salmış Laçın Məmişov adlı birisidir.

Gizli “markafilm”in hədəfləri

Laçın Məmişov Şamaxıda anadan olub. Burada orta məktəbi və tibb litseyini bitirib. Sonra Azərbaycan təhsil sisteminin “üz qarası” olan və Elşad Abdullayevin təsis etdiyi “Beynəlxalq Universitet”i bitirib. Beləliklə ictimai həyata atılan Məmişov gah şair-yazıçı, gah da kino ssenarist olmağa can atdı. Hətta sosial şəbəkələrdə bu barədə bir sıra uğursuz, söz yığınağından ibarət şeirləri və cızmaqaraları ilə gündəmə gəlmək istədi. Ədəbi istedadı olmayan, bədii yaradıcılığın şərtlərini bilməyən bu zat vurnuxa-vurnuxa bir çox KİV-lərdə özünü reklam etdirməyi unutmurdu. Kino sənətini sadəcə “sponsorlar”ı soymaq kimi başa düşən Məmişov doğulduğu Şamaxıda mömin insanların qılığna girə bilmişdi. Əvvəlcə Şamaxıda XIX əsrdə yaşamış görkəmli maarifçi Hacı Məcid Əfəndi haqqında “ssenari yazıram” deyə, qapı-qapı düşərək bir çoxlarından para topladı. 7 aprel 2011-ci ildə “Mərkəz” qəzetinə verdiyi müsahibəsində bu faktları inkar etməyib. O, bu müsahibədə prezident İlham Əliyev cənablarını və Mədəniyyət Nazirliyini göylərə qaldıran fikirlər səsləndirmişdi. Əslində onun məqsədi sponsorlardan və dövlətdən pul qoparmaq idi. Halbuki peşəkar kino işçisi və ssenarist olmadığı üçün dövlət onun irəli sürdüyü ideyaları maliyyələşdirə bilməzdi. 20 avqust 2014-cü ildə isə, artıq “Amerikanın Səsi” radiosuna müsahibə verərək bu dəfə “Mühacirlər” adlı bir filmi çəkmək istədiyini bildirib. İranın Qum şəhərində təhsil alan və Azərbaycan dövlətinə qarşı dağıdıcılıq siyasəti yürüdən və Almaniyada “Meydan TV” sosial şəbəkəsini idarə edən Həbib Müntəzir, Fəxri Hacıbəyov, həmyerlisi kimi dostluq etdiyi Qənimət Zahid, Fikrət Hüseynli, İnqilab Kərimov, Riyad Əliyev, Natiq Adilov və s.lə isti münasibətinin gah qaynar, gah da soyuq olması onun xarakterik məziyyətidir.

Bəzən “hüquq müdafiəçisi” rolunda çıxış etməsi də təəccüblüdür. Avropada “markafilm.ch” adlı saxta bir studiya yaratması isə, onun avantürasının bir parçasıdır.

Əvvəllər Müsavat və ya AXCP-nin yanında yer alan, payız küləyi kimi tez-tez xarakterini dəyişərək, cilddən-cildə girməklə manevrlər etməyi xoşlayan Məmişov bu dəfə öz “ampulası”nı dəyişib. Azərbaycan dövlətinə xəyanət maddəsi ilə suçlanan birisi haqqında film çəkmək qərarına gəlməsi də bu səbəbdən doğub. Ona görə ki, “Avropa Erməni Təşkilatları Federasiyası” bu barədə qərar verib. Parazitcəsinə yaşamaq istəyənlər adı çəkilən erməni qurumunun qrantlarından eninə-boyuna istifadə etməkdə sərbəstdirlər.

AND-çıarın dolanışıq mənbəyi

Ötən il Almaniyanın Köln şəhərində “AND” (Azərbaycan Naminə Demokratiya) adlı bir qurum təsis olunanda çoxları elə başa düşdü ki, qürbətdə pərən-pərən olmuş bəzi soydaşlarımız intellektual şəkildə öz qayğılarını çözməyə çalışacaqlar. Məsələ heç də çoxlarının sandığı kimi olmadı. Xüsusilə Azərbaycan dövlətinə nifrət edən, süni şəkildə “etnik separatizm” ideyalarını təbliğ edən qüvvələrlə bir araya gəlməsi AND-nin niyyətlərinin üstünə kölgə saldı. Avropada “mühacir” statusu almış Seyran Rəfiyev, Ataxan Əbilov, Leyla Yunus, Arif Yunus və Azərbaycan dövlətçiliyinə qarşı qondarma “TMMH” adı ilə təbliğatlar aparan qurumların digər səlahiyyətli nümayəndələri həm də AND-nin təsisçiləri siyahısında yer alırlar. “TMMH”-nin lideri kimi çıxış edən Əlikram Hümbətovun “sözçüsü” kimi AND-ni antimilli layihələrə sürükləməyə başlayıblar. Bu layihələrdən biri də “Novruzəli Məmmədov” haqqında “Bir ailənin faciəsi” adlı filmdir. Filmin ssenari müəllifi, rejissoru, hətta operatoru, səs rejissoru, musiqi tərtibatçısı, montajçısı, “şair”, “ssenarist”, “jurnalist”, “hüquq müdafiəçisi” Məmişovdur.

Hollandiyanın Rotterdam şəhərində keçiriləcək “KIFF Beynəlxalq Film Festivalı”nda bu filmi nümayiş etdirmək üçün ərizə də təqdim olunub. Bu barədə ilk məlumatı isə nə qədər qəribə görünsə də “Turan İnformasiya Agentliyi” 9 mart 2019-cu il tarixdə geniş miqyasda tirajlayıb. Sanki, Azərbaycan dövlətinə qarşı belə bir filmin çəkilməsini reklam etmək təşəbbüsünü öz üzərinə götürübdür. 50 dəqiqəlik xronometrajlı film ingilis dilində festivalda nümayiş etdiriləcək. Film guya Novruzəli Məmmədov haqqında yazılan xatirələr əsasında çəkilib. Əslində bu bir süni görüntüdür. Çünki filmdə səsləndirilən fikirlərin müəllifi, pərdə arxasında gizli qalmağı xoşlayan “Avropa Erməni Təşkilatları Federasiyası”dır. Məmişov “Turan Aİ”-ə verdiyi müsahibəsində səritaltı formada olsa da, bunu dolayı yolla etirafda bulunub: “Azərbaycanda azlqıların hüquqları pozulur. Etnik separatizmə yol açan baxışlar məhz bu qəbildən yaranır. Novruzəli Məmmədovun faciəli taleyi buna nümunədir”. O zaman sual yaranır ki: “Turan İA-nın rəhbəri Mehman Əliyev belə bir layihənin müdafiəsinə nə üçün qalxıb? Axı, onun özü də çox yaxşı bilir ki, Novruzəli Məmmədovun həbsinin motivləri nədən ibarət idi?”

Sözdə jurnalistikanın müdafiəsi ideyasını təbliğ edən Laçın Məmişov parazitcəsinə aldığı qarantlar sayəsində Avropada meşşan həyatını davam etdirməyi hədəf seçib. Kimsəyə sirr deyil ki, Qarabağ probleminin həlli istiqamətində beynəlxalq miqyasda çox ciddi işlərin ortaya çıxdığı bir ərəfədə Azərbaycan dövlətinə qarşı ermənilər hər dəfə fərqli “ampula”da siyasətləri gündəmə gətirirlər. Bu dəfə Laçın Məmişov kimi sapı özümüzdən olan “baltalar”ı irəli veriblər. Təbii olaraq, onun addımları “AND” rəhbərliyi səviyyəsində də müdafiə olunur.

“Anti Azərbaycan kolasiyası” və erməni siyasəti

Məmişovun youtube.com sosial şəbəkəsində yaratdığı “Marka Film Production” profilində yerləşdirilmiş “Azad Söz”, “Made ın Azerbaijan”, “Xeber Movqeyi”, “Kanal13 AZ”, “Meydan TV”, “OsmanqızıTV” tipli sosial qruplaşmalar əslində “Anti Azərbaycan koalisiyası”nın tribunalarının sırasına qoşulmaq deməkdir. Müasir jurnalistika üzrə əksər mütəxəssislər Laçın Məmişovun hazırladığı video süjetlərdən gəldikləri qənaət ondan ibarətdir ki, onun bütün açıqlamaları “kompramat” üzərində qurulubdur. Onun məqsədi istənilən şəxsi provakasiyaya cəlb etməkdən ibarətdir.

Məmişov 2013-cü ilin yanvarın 26-da “Azərbaycan Kinomatoqrafçılar İttifaqı”nın katibi, xalq artisti Rasim Balayevin madafiəsinə qalxaraq guya onu müdafiə etmək ideyasını irəli sürmüşdü. Halbuki Vergilər Nazirliyi festivalla bağlı 30 min manatın hara xərclənməsi üzrə məlumat almaq istəmişdi. O, həmin vaxt özünü “hüquq müdafiəçisi” adı ilə cəmiyyətə sırımağa çalışırdı. Ölkədə bu adda “hüquq müdafiəçisi”nin olmasından kimsənin xəbəri yox idi.

Məmişovun Azərbaycan dövlətinə qarşı etnik separatizm siyasətinin ən fəal dəstəkçilərindən biri kimi tanınan Yusif Qasımovla silsilə dialoq verilişlərinin aparması onun gerçək simasını təsdiq edən faktorlardan biridir. Mənbə: http://vax.ovh/index.php?q=subtropik+terrorunun+canlı+şahidi+yusif+qasımov+və+laçın+məmişov&id=372982add9a7a599c10c828482bf6be42c711798e4537d9fb928327146d46c42.

Ümumiyyətlə “vax.ovh” Azərbaycan dövlətçiliyinə qarşı təbliğat vasitəsi kimi verilişlərin nümayiş etdirildiyi sayt olaraq tanınır. Avropa üzərindən Azərbaycana qarşı təzyiq metodu taktikası ilə süni şəkildə “gündəm” yaratmaq istəyən Ermənistanın xüsusi xidmət orqanları “Avropa Erməni Təşkilatları Federasiyası”nın vasitəsilə addımlar atır. Bu, erməni təşkilatlarının topladığı ianələrin qrant layihələri əsasında irəli sürülən ideyalardan ibarətdir. Həmin mövzular aşağıdakılardır:

1. Azərbaycanda siyasi məhbus ailələrinə yardım kampaniyasını aparmaq;

2. “Etnik separatizm”i təbliğ edənləri milli azlıqların hüquqlarının müdafiəçisi tanıtmaq;

3. Mövcud hakimiyyəti gözdən salmaq üçün aksiyalar keçirmək;

4. Bəzi dövlətlərin Azərbaycandakı maraqlarını siyasi təzyiq vasitəsi kimi gündəmə gətirmək;

5. Beynəlxalq birliyi Azərbaycanın guya “diktatura qanunları ilə idarə olunması” kimi yalanlara inandırmaq və s.

Məmişovun hazırladığı “Bir ailənin faciəsi” adlı filmi də bu qəbildən hazırlanmış növbəti provakasiyadır.

Ə. Yusifoğlu