Estoniya XİN rəhbəri: Azərbaycanın Ukrayna məsələsində çox qətiyyətli mövqeyi var

Azərbaycan Ukraynanı humanitar baxımdan dəstəkləyir.

Bunu Estoniya xarici işlər naziri Marqus Tsahkna Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycanın bu məsələdə çox qətiyyətli mövqeyi var: “Biz Prezident Əliyevlə də bunu müzakirə etdik. Biz Ukraynanı müdafiə etməyə və dəstəkləməyə davam etməliyik. Sülh ən yaxşı yoldur. Amma sülh ədalətli olmalıdır”.