Ağdamın mərkəzi parkında ucaldılacaq "Fərhadın heykəli" hazırlanıb

Ağdam şəhərinin mərkəzi parkında yüksələcək Fərhad heykəlinin inşaatı prosesinə baxış keçirilib.

Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliyi məlumat yayıb.

Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov "Fərhadın heykəli"nin hazırlanması prosesi ilə tanış olub.

Qeyd edək ki, Xalq rəssamı Tokay Məmmədovun müəllifi olduğu "Fərhadın heykəli" işğaldan öncə Ağdamın simvollarından hesab olunub. İşğal dövründə isə vandalizmə məruz qalıb.