- Fanat
- 22 Oktyabr 21:57
- 1 853
Karssporun gəncləri Azərbaycan əsilli məşqçiyə tapşırıldı

Türkiyənin A seriyasında göstərdiyi mübarizə ilə adından söz etdirən Kars 36 Spor futbol komandası gənc heyətlə işlərini sürətlə davam etdirir.
AzNews.az xəbər verir ki, gələcəyin ulduzlarını yetişdirmək məqsədilə mühüm addımlar atan klub bu istiqamətdə yeniyetmələr heyətini gücləndirib.
Keçmiş illərdə Kars 36 Spor formasını uğurla geymiş sabiq futbolçulardan Gencay Bulut U17 və U14 komandalarının baş məşqçisi və koordinatoru vəzifəsinə təyin olunub.
Xatırladaq ki, Gencay Bulut Azərbaycan əsillidir.
AzNews.az