Metro önündəki çəkilişə kimlər göndərilmişdi? Metro önündəki çəkilişə kimlər göndərilmişdi?

AXCP-yə tüpürən Dilarə 11 nəfərlik aksiyada "ac-yalavac" rolunda - Ziyafətlərdən fotolar

Metro önündəki çəkilişə kimlər göndərilmişdi?

Dünən Daxili İşlər Nazirliyi belə bir məlumat yaydı ki, paytaxtın Nəsimi rayonunda həm pandemiya qarşı ictimai qaydaları pozaraq, həm də Bakı şəhər İcra hakimiyyəti ilə razılaşdırılmamış şəkildə aksiya keçirilməsinə cəhd göstərilib.

Əlbəttə, etiraz etmək, öz narazılığını bildirmək bir haqdır, hüquqdur və etiraz edən bir nəfər də olsa, dövlət, hökumət onu dinləməyə hazır olmalıdır. Ancaq 28 may metrosunun önünə youtub kanallarının “Bakıda aksiya: polisdən iştirakçılara sərt müdaxilə” şəklindəki başlıqlar atması üçün toplaşmağın nə hüquqa dəxli var, nə haqqa, nə də etiraza.

Ərinməyib o “aksiyadan” yayımlanan görüntülərə bir az diqqətlə baxan olsa, dərhal anlayar ki, dünən Bakıda aksiya-filan keçirilməyib, sadəcə, Azərbaycana qarşı hazırlanacaq beynəlxalq hesabatlara salınması üçün məsxərə təşkil olunub.

Qabaqlar bir də görərdin ki, metronun qarşısında əlində qələm və blaknot tutan, libasından mədəniyyət sektoruna aid olması sezilən bir nəfər dayanıb, gəlib-gedənlərdən soruşur: “Bizim studiya təzə film çəkmək istəyir, kütləvi səhnələrdə çəkilmək istəyərsinizmi”? Kinoya çəkilmək üçün razılıq verənlər də olardı və rol qarşısında yüngülvari qonorar da alardılar.

Dünən də Bakıda narazı, əsəbi, qəzəbli, ac-yalavac vətəndaş obrazlarının canlandırılması üçün bu cür muzdlu aktyor və aktirasalardan istifadə edilib. Məsələn, qulağındakı qızıl sırğanın parıltısı kameradan göz deşən bir zənən xeylağı “and-aman” edir ki, evində qoyub gəldiyi uşağa verməyə yemək tapmır. Cerom Selincerin əsərlərinin birində belə bir epizod var: buz kimi kinoteatrda filmə baxan qadın tropik ölkədə bir uşağın başına gələnlərə göz yaşı axıdır, ancaq salondakı soyuğa dözməyib ağlayan yanındakı övladına məhəl qoymur. Saçının rənglənməsinə, üz-gözünün makiyajına ən azı 50 manat xərcləmiş bir ananın hıçqırtıları məhz bu epizodu yada salır. İndi fotolarını təqdim etdiyimiz aksiya iştirakçılarından bəziləri isə 28 may metrosunun önünə rayondan gətirilib. Bir adamın rayondan Bakıya gəlişi və dönüşü, yolda, Surət Hüseynov demiş, “bir qısmat” çörək yeməsi, çay içməsi, paytaxtda qəlyanaltı eləməsi nə qədər ucuz başa gəlsə, 50 manatlıq xərc deməkdir. Aksiyaya çıxmaq üçün əgər bu 50 manatı kimsə onların cibinə qoymayıbsa, dövlətdən 190 manat uman vətəndaş paytaxta hansı pulla, ən başlıcası, hansı ağılla gəlib çıxıb? 50 manatı rayon yerində ətə, yağa, düyüyə, soğana, kartofa, tomata, göyərtiyə, çörəyə verib ən azı iki-üç gün külfəti qidalandırmaq olar axı...

Görüntülərdə diqqət çəkən bir epizod da var. Qanunsuz aksiya iştirakçılarından birini xanım polislər qolundan tutaraq çox mədəni şəkildə maşına əyləşdirir, bu zaman maşının qapısını örtməzdən öncə digər həmkarını ehtiyatlı olmağı tövsiyyə edərək vətəndaşa olduqca mehriban münasibət sərgiləyir. Şəkiliş aparan bloqqer isə olayı belə şərh edir: “Polis zorakılığına məruz qalanlar...” Anadolu türkləri məhz belə məqamlarda deyirlər ki, “qaliba ezber bozulmuş”.

Bəs, “şparqalka”nı kim hazırlayıb?

Aksiyadan dərhal sonra özünü “Müdafiə Xətti” İnsan Haqları Təşkilatı adlandıran bir qurum bəyanat yayıb. Bu təşkilatın təsisçiləri keçmiş müstəntiq Rüfət Səfərov, hüquqşünas Rəşid Hacılı, keçmiş vəkil Əlayif Həsənov, ictimai fəallar Zəfər Əhmədov, Sayğın Rüstəmli, Zaur Əkbər və jurnalist Təzəxan Mirələmlidir.

Hə, məsələ məlum oldu, deyəsən, ortada yeni “tranş” var, aksiyaya çıxanlar da 28 mayın qarşısına acından yox, məhz toxundan çıxıb.

Məsələn, biri elə Dilarə Miriyeva.

Dilarə Miriyeva bir zamanlar AXCP-nin fəal üzvü idi, iki il qabaq partiyasına tüpürməsi ilə gündəmə gəlmişdi, indi bilmirik, sözünün üstündə durur, ya yox. Ancaq onu eşitmişik ki, övladları onu evdən qovub. Facebook sosial şəbəkəsində paylaşdığı şəkillərdən görünür ki, bu xanım nəinki acından ölür, heç bir öynəsini də kababsız, tortsuz keçirmir, üstəlik, mədəsinə bahalı restoranlarda qulluq edir.

Beləliklə, 7 mayda keçirilməsinə cəhd göstərilən “aksiya”nın pərdəarxasında qısaca boylanmaqla nələri müəyyən etmək olur:

- Aksiya spontan deyildi, təşkil edilmişdi.

- Əsas təşkilatçılar bu aksiyanı keçirməyə şəxsi maddi maraqları üçün cəhd göstəriblər.

- Aksiyaya çıxanlar sadə və həqiqətən kasıb, bir tikə çörəyə ehtiyacı olan vətəndaşlar deyil, Milli Şuranın orbitində olan “muzdlu oyunçular” idi. Yəni aksiya sosial deyil, siyasi təxribat xarakteri daşıyırdı.

- Aksiya iştirakçıları özlərini sosial yardıma, uşaq puluna, normal qidalanmaya möhtac göstərsələr də, gününü tortlu-mürəbbəli çay dəstgahlarında, kabab qonaqlıqlarında keçirənlərdir.

- Süni şəkildə “məzlum” obrazına girənlər, rollarını yaxşı oynaya bilmədilər, qısa zamanda ifşa olunmaqla, cəmiyyəti daha bir dəfə özlərindən iyrəndirdilər.

11 nəfərlik aksiyanın digər "iştirakçıları" isə bunlardır:

1) Sultanov Sərvan

2) Hacıyev Habil

3) Babayev Tariyel

4) Muradova Sevil

5) Qasımova Pərvin

6) Hacıyeva Leyli

7) Əliyeva Telli

8) Yusifova Əsmər

9) Rəhimova Gülnigar

10) Bayramova Gilas

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description