Azərbaycan Türkiyədən dəri idxalına çəkdiyi xərclərini 24 % azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 9,635 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib.

Aznews.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23,9 % azdır.

Sentyabrda Türkiyə Azərbaycana 1,118 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 34,8 % azdır.

9 ayda Türkiyənin dəri və dəri məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 4,4 % azalaraq 1 milyard 115,179 milyon ABŞ dollarına, sentyabr ayında isə 2,2 % azalaraq 128,988 milyon ABŞ dollarına düşüb.

Türkiyədən ən çox bu məhsulların idxalını Almaniya 88,815 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 6,9 % az), italiya 75,408 milyon ABŞ dolları (- 6,5 %) və İraq 71,725 milyon ABŞ dolları (- 6,4 % az) dəyərində həyata keçirib.