"MTK-dan ev almışam, gedib baxanda gördüm ki, içəridə başqa bir ailə yaşayır" "MTK-dan ev almışam, gedib baxanda gördüm ki, içəridə başqa bir ailə yaşayır"

Prezidentin 3 aprel tarixli inqilabi fərmanı çox məsələni həll edəcək - Sahib Məmmədov

"MTK-dan ev almışam, gedib baxanda gördüm ki, içəridə başqa bir ailə yaşayır"

“Məhkəmə-hüquq islahatlarının dərinləşməsi üçün onun fəaliyyətini bilavasitə təmin edən qanunvericilikdən əlavə digər qanunlar da dəyişməlidir”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov sosial media hesabında paylaşıb.

O, bir gün öncə Məhkəmə-Hüquq Şurasının (MHŞ) iclasına dəvət edildiyini qeyd edib.

Sahib Məmmədov “Apellyasiya məhkəməsinin qarşısında mənə bir nəfər yaxınlaşdı. "Sizi tanıyıram" dedi. Qarabaq qazisidir. Deyir, MTK-dan ev almışam, gedib baxanda gördüm ki, içəridə başqa bir ailə yaşayır. İlk ödənişi etdiyinə baxmayaraq mənzili MTK bir neçə şəxsə satıb. İndi insan qalıb məhkəmələrin qapısında. Reyesrtrə daxil olmayan daşınmaz əmlakla bağlı məhkəmə qətnaməsinin (qərarının) qəbul olunması çox çətindir. Kimin haqlı olmasını bəzən sübut etmək mümkün olmur. Sənədləşmə ya yoxdur, ya da primitivdir. Ödənişlər cibdən-cibə olduğu üçün məbləğı müəyyən etmək mümkün olmur. Bizim təşkilat hələ 2007-ci ildə bu problemi araşdırıb bir hesabat hazırlamışdı. O zaman "Tikintidə paylı iştirak haqqında" qanunun qəbul olunmasını təklif etmişdik. İndi vəziyyət necədir? Yenə də MTK mafiyası iş başında. Göydələnlər tikilir, dövlətə heç bir vergi ödənilmir, tikintinin heç bir mərhələsində reyestrdə qeydiyyat yoxdur (istisnaları çıxmaqla), pullar nağd alınır və mühasibatlığa mədaxil edilmir və s. Ölkədə mövcud olan daşınmaz əmlakın necə faizi sənədləşdirilib? Reyestrə bütün daşınmaz əmlakın neçə faizi daxil edilib? Məncə çox az faizi. Kəndlərdə olan on minlərlə evlərin heç bir sənədi yoxdur. Daşınmaz Əmlakın Dövlət Reyesrinə müraciət edənlərə elə qiymət deyirlər ki, bəzən daşınmaz əmlakın qiymətindən çox olur. Prezidentin 3 aprel tarixli inqilabi fərmanı məhkəmə-hüquq sitemində çox məsələni həll edəcək, amma bütün məslələrin həlli üçün Mülki Məcəllədən tutmuş Əmək Məcəlləsinə qədər yeni redaksiyada hazırlanmalıdır” deyə bildirib.

Sahib Məmmədov MHŞ-nın iclasında daşınmaz əmlak sahəsindəki problemlərə də toxunduğunu vurğulayıb.

Nigar CƏFƏR

AzNews.az