Bu gün Fed faiz qərarını açıqlayacaq

Qlobal bazarlar Cerom Pauelin gələcək dövrə dair edəcəyi şərhlərə fokuslanıb

ABŞ Mərkəzi Bankının (Fed) Açıq Bazar Komitəsi (FOMC) bu gün Bakı vaxtı ilə saat 23:00-da faiz qərarını açıqlayacaq.

Fed-in ilin son yığıncağında faizlərdə dəyişiklik etməsi gözlənilmir. Bankın nə zamana qədər gözləmədə qalacağı isə bazarlar tərəfindən maraqla izlənilir. Həmçinin qlobal bazarlar Fed sədri Cerom Pauelin gələcək dövrə dair edəcəyi şərhlərə fokuslanıb.

İqtisadçılar Fed-in gələcək 1-2 il ərzində gözləmədə qala biləcəyini, ancaq hər hansı bir mənfilik olması vəziyyətində iqtisadiyyata lazımlı dəstəyi vermək mövzusunda qapını açıq qoya biləcəyini söyləyirlər.

Bu il 3 dəfə faiz endiriminə gedən Fed iyul ayında pul siyasəti faizini 25 bənd endirərək 2,00%-2,25%, sentyabrda yenə 25 bənd azaldaraq 1,75%-2,00%, oktyabrda da yenə 25 bənd endirimlə 1,50%-1,75% aralığına endirmişdi. (Marja)

AzNews.az