- İşin içi
- 13 Fevral 2020 16:25
- 6 312
ATƏT/DTİHB-nin Seçki Müşahidə Missiyasının müraciətinə baxılıb - MSK-da
Aygün Attarın akkreditasiyası ləğv olunub
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar ATƏT/DTİHB-nin 9 fevral 2020-ci il Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının müraciətinə baxılıb.
Məlumata görə, bu barədə MSK sədr müavini Rövzət Qasımov məlumat verib. O bildirib ki, fevralın 11-də ATƏT/DTİHB-nin 9 fevral 2020-ci il Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının müraciəti daxil olub. Müraciət haqqında məlumat verən R. Qasımov deyib ki, ATƏT/DTİHB Seçki Müşahidə Missiyasının sədri Peter Teyler müşahidəçilərdən Aygün Attarın akkreditasiyasının ləğv olunması ilə bağlı müraciət edib.
MSK-nın iclasında Aygün Attarın akkreditasiyası ləğv olunub. (APA)
AzNews.az