Əmlak eksperti Elnur Fərzəliyev bu vəziyyətin Azərbaycan vətəndaşları üçün necə tənzimləndiyini izah edib Əmlak eksperti Elnur Fərzəliyev bu vəziyyətin Azərbaycan vətəndaşları üçün necə tənzimləndiyini izah edib

Bakıdan çıxmadan xaricdə daşınmaz əmlak almaq mümkündürmü?

Əmlak eksperti Elnur Fərzəliyev bu vəziyyətin Azərbaycan vətəndaşları üçün necə tənzimləndiyini izah edib

Bu gün xarici ölkələrdə olan daşınmaz əmlaklara investisiya yatırmaq ən populyar biznes sahələrindən hesab olunur. Bu biznes sadəcə pul qazandırmır, həmçinin əmlakını aldığın ölkədə müəyyən üstünlüklər də verir. Hazırda dünyada ən çox daşınmaz əmlaklarına maraq göstərilən ölkə Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ).

BƏƏ nəinki yaşayış icazəsi məqsədilə köçməyi, həm də başqa ölkəyə öz işini aparmağı planlaşdıran alıcılar arasında xüsusilə məşhurdur.

Dubayda daşınmaz əmlak alanlar bir sıra üstünlüklərə malikdirlər. Birincisi, onlar 10 ilə qədər 0 %-lə kredit götürə bilərlər. İkincisi, daşınmaz əmlakın qısamüddətli icarəsi üzrə gəlir 12 % (şəxsi investisiya tövsiyəsi deyil) təşkil edir ki, bu da xeyli yüksəkdir. Üçüncüsü, əmlak olan şəxslər viza ala, bank hesabları və ya şirkət aça bilərlər ki, bu da onlara Dubayda faizsiz kredit götürmək və ya lizinq müqaviləsi bağlamaq imkanı verəcək. Nəhayət, əldə edilən obyekt daha sonra yenidən satıla və sürətlə böyüyən bazarda 100 %-dən çox qazanc əldə edə bilər. Bundan əlavə, daşınmaz əmlakın alınması həmin şəxsə və onun ailə üzvlərinə vətəndaşlıq hüququ əldə etmək şansı verir.

Hazırda bir çox ölkələrdə BƏƏ-nin alqı-satqı şirkətləri sərgilər keçirir. Sərgiyə gələn müştərilər öz ölkələrindən çıxmayaraq elə yerindəcə istədikləri mənzili ala bilirlər.

Bəs Azərbaycandan Dubayda daşınmaz əmlak almaq istəyənlər bunun üçün hara və necə müraciət edirlər? Ölkədən çıxmayaraq xaricdə ev almaq nə qədər realdır?

Əmlak eksperti Elnur Fərzəliyev mövzu ilə bağlı verdiyi açıqlamada bu vəziyyətin Azərbaycan vətəndaşları üçün necə tənzimləndiyini izah edib:

“Əmlak alqı-satqısı zamanı ya alan şəxs, ya da onun etibarnamə verdiyi şəxs notarial kontorunda iştirak etməlidir. Çox insan var ki, hazırda Azərbaycanda yaşamasa da, etibarnamə verdiyi və burada yaşayan şəxs onun adından alqı-satqı müqavilələri bağlayır. Nəinki Azərbaycanda, dünyanın hər bir nöqtəsində qanun buna icazə verir.

Aznews.az