Azərbaycan Türkiyədən xalça idxalına çəkdiyi xərci 15 %-dən çox azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 7,333 milyon ABŞ dolları dəyərində xalça idxal edib.

Aznews.az xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,2 % azdır.

Oktyabrda Türkiyə Azərbaycana 1,383 milyon ABŞ dolları dəyərində xalça ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 5,8 % azdır.

10 ayda Türkiyənin ümumi xalça ixracının dəyəri illik müqayisədə 2,4 % azalaraq 2,302 milyard ABŞ dolları, oktyabrda isə 4,5 % artaraq 287 milyon ABŞ dolları olub.

Türkiyədən ən çox xalça idxalını ABŞ 594,549 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 8,9 % az), İraq 243,889 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 17,2 % çox) və Səudiyyə Ərəbistanı 241,106 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 0,9 % çox) dəyərində həyata keçirib.