Azərbaycanda COVID–19-la mübarizə xərcləri 15 %-ə yaxın azaldılıb

2026-cı ildə Azərbaycanda yeni növ koronavirus (COVID–19) pandemiyası ilə mübarizə tədbirlərinin bir hissəsinin maliyyələşdirilməsi xərcləri 3 milyon manat təşkil edəcək.

Aznews.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı İcbari Tibbi Sığorta Fondunun 2026-cı il büdcəsi haqqında fərmanda öz əksini tapıb.

Fərmana əsasən, bu, 2025-ci illə müqayisədə 14,3 % azdır.