- Rusiya və İran
- 15:45
- 1 877
SEPAH-ın hərbi qayıqları Hörmüz boğazını keçməyə çalışan tankerə xəbərdarlıq etmədən atəş açıb
Bu gün Hörmüz boğazını keçməyə çalışan ən azı iki ticarət gəmisi atəşə tutulub.
Bu barədə “Reuters“ dəniz təhlükəsizliyi və gəmiçilik mənbələrinə istinadən məlumat yayıb.
Omanın şimal-şərqindən təxminən 20 dəniz mili məsafədə SEPAH-a məxsus iki hərbi qayıq bir tankerə yan alıb.
Aznews.az xəbər verir ki, Böyük Britaniyanın Dəniz Təhlükəsizliyi Agentliyini - UKMTO-nun məlumatına əsasən, radio vasitəsilə hər hansı xəbərdarlıq etmədən tankerə atəş açılıb.
Hadisə zamanı ekipajın xəsarət almadığı bildirilir.