- Maraq dairəsi
- 15:48
- 2 064
Ölüm ayağında olan insanlar yuxularında nə görürlər? Oxşarlıqlar təəccüblüdür
Yeni araşdırma ölümə yaxın xəstələrin gördüyü yuxuların müəyyən ortaq mövzulara sahib olduğunu ortaya qoyub.
İtaliyadakı "Azienda USL–IRCCS di Reggio Emilia" tədqiqatçıları palyativ baxım mütəxəssisləri, tibb bacıları, psixoloqlar və könüllülərdən ibarət 239 nəfərlə görüşərək xəstələrin yuxularını analiz edib.
Nəticələr "Death Studies" jurnalında dərc olunub və bu yuxuların təsadüfi olmadığını göstərib.
Araşdırmaya görə, xəstələrin əksəriyyəti yuxularında vəfat etmiş yaxınları ilə yenidən görüşdüklərini bildirib. Həmçinin parlaq işıqlar, qapılar və pilləkənlər kimi “keçid” simvolları da tez-tez görülüb.
Bəzi xəstələr isə narahatedici yuxular gördüklərini deyib. Tədqiqatçılar bu yuxuların ölüm qorxusu və ya həyata bağlılıq hissini əks etdirə biləcəyini bildirib.
Araşdırmanın rəhbəri Elisa Rabitti qeyd edib ki, bu yuxular xəstələrin ifadə edə bilmədiyi duyğuları simvolik şəkildə ortaya çıxara bilir. Stress, depressiya və yuxu pozuntularının da bu yuxuların daha tez-tez xatırlanmasına səbəb ola biləcəyi vurğulanıb.
Mövsüm,
AzNews.az