“Mərkəzi Bankın səlahiyyətlərinin yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi doğru addımdır”. “Mərkəzi Bankın səlahiyyətlərinin yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi doğru addımdır”.

Yeni yaradılan Palata Mərkəzi Bankın itirilən etibarını qazanacaq

“Mərkəzi Bankın səlahiyyətlərinin yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi doğru addımdır”.


Bu haqda iqtisadçı-alim Vüqar Bayramov öz şərhində bildirib.

O, qeyd edib ki, Mərkəzi Banka inamın ciddi şəkildə azaldığını nəzərə aldıqda bank sektorunun qorunması üçün bu sahədə institutsional islahatlara ehtiyac var:

"Manata inamın bərpası Mərkəz Banka olan etibarın qaytarılmasından keçir. Mərkəzi Banka yaxın zamanlarda inamı bərpa etmək mümkün olmadığından bu bankın səlahiyyətlərinin mərhələli şəkildə başqa qurumlarla bölüşdürülməsi məqəsədə uyğundur. Burada həm iqtisadi, həm də psixoloji faktorlar var. Psixoloji olaraq baş verən iki devalvasiya Mərkəzi Bankla yanaşı, milli valyutaya və banklara olan inamın azalmasına gətirib çıxarıb. Bu səlahiyyətlərin vətəndaşların inandığı bir quruma verilməsinə ehtiyac yaranıb".

V.Bayramov bildirib ki, banklara nəzarətin gücləndirilməsi bu sektorun likvdiliyinin bərpa edilməsi və banklara inamın formalaşdırılması baxımdan vacibdir:

"Problemli kreditlərin həcminin artması və dollarlaşma prosesinin qarşısını ala bilməyən və hətta kommersiya bankının lisenziyasını geri alıb 3 gün sonra özünə qaytaran Mərkəzi Bank nə 4 il əvvəl, neft bumu dövründə, manatın məzənnəsinin mərhələli yumşaldılması, nə də bir il öncə əmanətlərin indeksasiyası, dollar ilə kreditlərə kompensasiyaların verilməsi daxil olmaqla bütün təkliflərimə "yox" dedi. Nəticə göz qabağındadır: 12 milyard dollar pulu xərcləyən baş bank hələ də milli valyutanın məzənnəsində stabillik yarada bilməyib. Valyuta xərclənib gedib, amma manat yenə də təzyiq altındadır. Deməli, struktur dəyişikliyi vacibdir. Bütövlükdə, Mərkəzi Bankın statusunun dəyişdirilərək müstəqil quruma və ya publik hüquqi şəxsə çevrilməsi və sadəcə uçot siyasətinə məsul olması məqsədəuyğundur".

Modern.az