Azərbaycanda gömrük idxal rüsumuna cəlb edilməyən məhsulların siyahısı genişlənib. Azərbaycanda gömrük idxal rüsumuna cəlb edilməyən məhsulların siyahısı genişlənib.

Mazut gömrük rüsumundan azad edildi

Azərbaycanda gömrük idxal rüsumuna cəlb edilməyən məhsulların siyahısı genişlənib.


Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən Azərbaycanın 2016-cı il üzrə yanacaq-enerji balansına uyğun olaraq Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında "Azərenerji" ASC-yə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxalı rüsumundan azad edilib.

Bu qərar imzalandığı gündən 30 gün sonra qüvvəyə minir və 2017-ci ilin 1 yanvar tarixinədək qüvvədədir.

APA.az