“Dünya bazarında ucuzlaşan dollar Azərbaycanda bahalaşır”. “Dünya bazarında ucuzlaşan dollar Azərbaycanda bahalaşır”.

Dünyada ucuzlaşan dollar Azərbaycanda niyə bahalaşır? - Mərkəzi Bankın valyuta oyunu

“Dünya bazarında ucuzlaşan dollar Azərbaycanda bahalaşır”.


AzNews.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar bayramov deyib. O qeyd edib ki, son bir həftədə manatın dollara məzənnəsi 1.5006-dan 1.5094-dək azalıb: "Həmin arada dünya bazarında dollar əsas səbət valyutası olan avroya nisbətən 3 faizə yaxın dəyər itirib. Maraqlıdır ki, milli valyutamız neft bazarındakı dəyişkliklərə də adekvat reaksiya vermir. Bu onu göstərir ki, manatın məzənnəsinin müəyyənləşdirilməsində valyuta bazarından daha çox Mərkəzi Bankın təsirləri var. Mərkəzi Bank alıcı qismində istənilən zaman hərraca daxil olub manatı zəiflədə bilir. Nəticədə manatın qeyri-müəyyən məzənnə dəyişiklikləri kommersiya banklarının kreditlərindəki valyuta növünə də təsir göstərir. Məzənnəni proqnozlaşdıra bilməyən bankların kreditləşməsində xarici valyuta yenə də risksiz hesab olunur".

V.Bayramov dollar ilə istehlak kreditlərinin verilməsi üçün müəyyənləşdirilən qadağanın başa çatmaq üzrə olduğunu xatırladıb: "Qadağanın qüvvədə qaldığı ötən bir ayın yekunları göstərdi ki, bu, kredit bazarına təsir göstərə bilmədi. Əksinə, bankların əksəriyyəti ümumiyyətlə, kreditləşməni dayandırdılar. Aydındır ki, Mərkəzi Bankın qeyri-müəyyən məzənnə siyasəti davam etdikcə banklar manata güvənməyəcəklər. Hələlik isə görünən odur ki, Mərkəzi Bank məzənnəni dəhliz daxilində dəyişməyə çalışır. Amma bu nə qədər belə davam edəcək? Mərkəzi Bankın kommersiya banklarının məzənnə üçün müddətli dəhlizin elan edilməsi ilə bağlı müraciətinə mənfi cavab verməsi isə onu göstərir ki, hətta baş bankın özündə belə bu dəhlizi qoruyub saxlaya biləcəklərinə güvən yoxdur".

Bahar RÜSTƏMLİ
AzNews.az