- Rusiya və İran
- 4 Mart 22:36
- 2 806
İran zülmətdə: Bütün ölkə üzrə elektrik kəsildi
İraq Elektrik Nazirliyi ölkə ərazisində elektrik şəbəkəsinin tamamilə devre dışı qaldığını açıqlayıb. ABŞ, İsrail və İran arasında davam edən gərginlik fonunda baş verən hadisə nəticəsində İraqın bir çox bölgəsi qaranlığa qərq olub.
Nazirliyin yaydığı rəsmi məlumata görə, ölkənin orta və cənub vilayətləri başda olmaqla bütün bölgələrdə elektrik enerjisinin verilişi hələlik məlum olmayan səbəblərdən dayanıb.
Açıqlamada bildirilib ki, nasazlığın aradan qaldırılması və elektrik xətlərinin yenidən işə salınması üçün texniki briqadalar dərhal işə başlayıb.
Rəsmi şəxslər elektrik təchizatının qarşıdakı bir neçə saat ərzində mərhələli şəkildə bərpa olunmasının gözlənildiyini qeyd ediblər.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır. Hazırda kəsintinin regional təhlükəsizlik vəziyyəti ilə əlaqəli olub-olmaması barədə rəsmi məlumat verilməyib.
AzNews.az