Yaponiyanın avtomobil hissələri istehsalçısı “Takata” müflisləşdiyini elan edib. Yaponiyanın avtomobil hissələri istehsalçısı “Takata” müflisləşdiyini elan edib.

“Takata” şirkəti bankrot oldu

Yaponiyanın avtomobil hissələri istehsalçısı “Takata” müflisləşdiyini elan edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətin bankrot olmasına səbəb milyonlarla qüsurlu təhlükəsizlik yastıqlarının geri çağırılması olub. Vəziyyətlə əlaqdar şirkətə milyard dollarla ziyan dəyib.

Tokio birjasında şirkətin səhmlərinin satışı da dayandırılıb.

Şirkətin istehsal etdiyi təhlükəsizlik yastıqları məşhur avtomobil istehsalçıları tərəfindən geniş şəkildə istifadə olunurdu. Lakin bir sıra modellərdə qəza zamanı təhlükəsizlik yastıqlarının açılmaması 20-ə yaxın insanın ölümü, 100-dən çox insanın yaralanması ilə nəticələnib.

Bəxtiyar Abbasov

AzNews.az