Qızıl bazarında durğunluq yaşanır - Qiymətlər + Video

Qiymət ucuzlaşıb.

Xezerxeber.az-ın məlumatına görə, toy mövsümü olsa da, qızıl bazarında vəziyyət o qədər də ürəkaçan deyil.

Satıcıların sözlərinə görə, qızılın qiymətində müəyyən qədər endirimlər var, amma satmağa alıcı tapmırlar. Bunun isə bir necə səbəbi var.

Alıcılıq qabiliyyətinin zəif olması qiymətlərin düşməsinə gətirib çıxarıb.

Satıcıların sözlərinə görə, əvvəllər daha çox, həcmcə böyük qızıllara üstünlük verilirdisə, indi daha incə modellər alınır.

Alıcılar da bazardakı qiymətlərdən razı olduqlarını bildirdilər.

Ümumiyyətlə, satıcılar bildirdilər ki, əgər alıcılar əvvəllər daha çox sarı italyan qızılına üstünlük verirdilərsə, indi ağ və türk qızılına maraq daha çoxdur.

AzNews.az