Mal əti ucuzlaşdı - Video

Paytaxtda mal ətinin qiyməti ucuzlaşıb.

AzNews.az Xəzərxəbər.az-a istinadən xəbər verir ki, satıcılar daha çox müştəriyə ət satmaq üçün bu addımı atdıqlarını deyirlər. Ancaq bəzi ət kəsimi məntəqələrində mal ətinin qiymətində heç bir dəyişiklik müşahidə olunmayıb.

Bakıda fəaliyyət göstərən bir çox ət kəsimi məntəqələrində mal ətinin qiyməti 1 manat ucuzlaşıb. Satıcıların sözlərinə görə,təxminən bir həfətə olar ki,qiymətlər aşağı düşüb.

Satıcılar deyir ki, qiyməti ucuzlaşdırmaqda məqsəd daha çox müştəri toplamaqdır.

Ancaq bəzi yerlərdə mal ətinin satış qiymətində heç bir fərq olmayıb.

Satıcılara görə otun qiymətində baş verəcək dəyişiklik ətinin qiymətinə birbaşa təsir edəcək.