Neft bahalaşdı

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0,57 dollar və ya 0,90% artaraq 63,91 dollar olub.

AzNews.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarını gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,33 dollar və ya 0,58% artaraq 57,47 dollar təşkil edib.