Azərbaycan Pakistanda ticarət evi aça bilər. Azərbaycan Pakistanda ticarət evi aça bilər.

Azərbaycanın növbəti ticarət evi bu ölkədə açıla bilər - Nazir müavinindən açıqlama

Azərbaycan Pakistanda ticarət evi aça bilər.

Trend-in məlumatına görə, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

R.Məmmədov bildirib ki, Pakistan Azərbaycan üçün vacib tərəfdaşdır:

“Biz Pakistanda ticarət evinin açılmasını istisna etmirik. Amma bizə hələlik bu barədə təklif daxil olmayıb. Eyni zamanda Pakistan Azərbaycan üçün vacib tərəfdaşdır. Ona görə də bu bazar bizim üçün maraq kəsb edir. Əgər bizə Pakistan tərəfindən ticarət evinin açılması barədə təklif gələrsə, biz məmnuniyyətlə bunu nəzərdən keçirərik”.

Xatırladaq ki, hazırda Azərbaycan ticarət evləri Ukrayna və Belarusda fəaliyyət göstərir. Bu ayın sonuna kimi Latviyada ticarət evinin açılması planlaşdırılır. Bundan başqa, Azərbaycan BƏƏ-də və Rusiyada ticarət evləri açmaq niyyətindədir.

AzNews.az