Vergi borcuna görə iki vergi ödəyicisinin 40 minlik torpaq sahəsi hərraca çıxarıldı

Vergilər Nazirliyi vergi borcuna görə iki vergi ödəyicisinin Bakı şəhəri və Tərtər rayonunda yerləşən torpaq sahələrini hərraca çıxarıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, vergi ödəyicisi Sərdarov Elçin Camal oğluna məxsus Sumqayıt şəhərində, Novxanı bağ massivində yerləşən 0,05 ha torpaq sahəsinə 30 min manat qiymət qoyulub. Hərracda iştirak etmək istəyənlər əmlaka görə müvafiq olaraq 3 min manat beh verməlidir.

Bundan başqa, vergi ödəyicisi Qasımov Nazir Nüsrət oğluna məxsus torpaq sahəsi də hərraca çıxarılıb. N.Qasımovun Tərtər şəhərində, Əskipara kəndində 3,26 ha torpaq sahəsinə 9700 manat qiymət qoyulub. Hərracda iştirak etmək istəyənlər əmlaka görə müvafiq olaraq 970 manat beh verməlidir.

AzNews.az